!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cazibədar Fəxriyyə Xələfova: “Azərbaycan xanımları Kann festivalının ulduzlarından geridə qalmır”

!Reklam – Yazi

Onu İçərişəhərdə insanların əhatəsində gördük. Hər kəs onunla şəkil çəkdirmək, ürək sözlərini söyləmək üçün başına toplaşmışdı. Biz də fürsəti fövtə vermədik…

Tanınmış modelyer, cazibədar xanım Fəxriyyə Xələfovadan danışırıq,

Yenicag.az-ın suallarını cavablandırıb.

– Fəxriyyə xanım, gəzintiyə çıxmısınız deyəsən?

– Bəli. Bu gün bir saat boş vaxtım vardı, düşündüm ki, gəlim İçərişəhəri gəzim. Bura paytaxt sakinləri və turistlər üçün xüsusi auraya malik məkandır. Buranın hər naxışını tanıyıram. Burda milli ruh yaşayır, ona görə mənə çox doğmadır. Şəhərin mərkəzində yaşadığımız üçün bütün uşaqlığım demək olar ki, burda keçib. Valideynlərim və bacı-qardaşlarımla həmişə bu məkanda olmuşuq. Bakı böyük meqopolisə çevrilib, mən deyərdim ki, həm də moda paytaxtıdır. Turistlərin və paytaxt sakinlərinin sevə-sevə üz tutduqları İçərişəhər nağılvari aləmdir, burda zaman dayanıb. Burda mistik və psixoloj məqamlar da var. Bura daxil olanda adam özünü başqa bir zəmanənin insanı kimi hiss edir.

fexxxxx– Amma görürəm ki, insanlar heç imkan vermirlər dincələsiniz. Bayaqdan hamı sizinlə söhbət üçün növbəyə düzülüb. Bu, sizi yormur ki?

– Qətiyyən. Burda sanki insanlar bir-biri ilə çox dağmalaşır. Qoşa qala qapısından Qız qalasına qədər olan bu kiçik məsafəni iki saata keçdim. İnsanlar yaxınlaşır, söhbət edir; bax, indi sizə müsahibə verdim.

– Burda həm də fərqli yarmarkalar var, heç alış-veriş edirsiniz?

– Bəli, çox maraqlı süvenirlər, aksesuarlar, parça növləri diqqətimi çəkir. Onları mən də alıb, istifadə edirəm. Gördüyünüz bu qolbağı elə indi aldım.

– Dəbi diktə edən Fəxriyyə xanım, baxın, burda müxtəlif təbəqədən insanlar görürsünüz. Onların zövqü sizi qane edirmi? Sizcə dəblə ayaqlaşa bilirlərmi?

fexxr– İçərişəhərdə siz dəb axtarmayın. Burda onu görməyəcəksiz. Bura insanlar daha çox rahatlıq tapmağa gəlirlər. Hamının geyimi rahat və idman üslubundadır. Dəbi biz toylarımızda axtarmalıyıq, ən böyük podium elə toy məclisləridir.

– Sizcə daha çox Azərbaycan xanımları zövqlə ayaqlaşır, yoxsa bəyləri?

– Elə İçərişəhərdəyiksə, tarixə, milli geyimlərimizə bir nəzər salaq. Həmişə xanımlarımızın milli geyimləri əhval-ruhiyyəli, əlvan, zərif olub, onları ecazkar göstərib. Bu gün də bu ənənə qorunub saxlanılır. Mən özüm bütün beynəlxalq, nüfuzlu tədbirləri izləyirəm. Məsələn, Kann festivalı yenicə bitib. Ən çox dəb yenilikləri də bilirsiniz ki, Kann festivalının qırmızı xalısında nümayiş olunur. İnanın ki, toylarda, ziyafətlərdə gördüyüm Azərbaycan xanımları Kann festivalının ulduzlarından geridə qalmır. Bu, mənim xanımlarımıza komplimentimdir. Bəli, bu baxımdan Azərbaycan xanımları daha avanqard və irəlidədir.

– Bəs bəylərimiz?

– Bəylərimiz daha çox konservativ mövqeni qoruyub saxlayır. Amma həmişə səliqə-sahmanlı görünür ki, bu da çox vacibdir. Azərbaycan xalqının bəy və xanımlarının həmişə səliqə-sahmanlı obrazı var və bu məqam hər xalqa məxsus fakt deyil. Onu deyə bilərəm ki, son illər dəbi yaxalaya bilirik.

– Nə məsləhət görərdiniz, yayda xanımlar və bəylər hansı rəngli geyimləri qarderoblarına daxil etsinlər?

– Yay mövsümü əlvan rəngləri tələb edir. Tünd yaşıl, bənövşəyi, açıq mavi rənglər çox gözəldir. Cins şalvarla gözəl sintez yaratmaq olar. Kişi geyim dəbində də artıq əlvan rənglərə keçid var. Bu tendensiyanı alqışlayıram.

fexxx– Dəbli görümək üçün sizcə pul çoxmu önəmlidir?

– Dəblə geyinmək üçün maddiyyatı önəmli saymamışam, əsas olan zövqdür. Bir də dəbdən məlumatlı olmalıyıq. Nə qədər məlumatlı olsaq, geyim tərtibatını o qədər eleqant və müasir edə bilərik. Müasir görünmək üçün də maddiyyat tələb olunmur. İndi dəb istehsalçıları böhranı nəzərə alaraq, qiyməti yetərincə aşağı salıb, istənilən qiymətə geyimlər təklif edirlər. Seçim və müxtəliflik çoxdur, bundan bir ansambl yaratmaq olar. Geyim bugünkü gündə kommunikasiya vasitəsidir. Mən indi sizinlə danışıram, ilk 5-10 dəqiqədə özüm haqqında informasiya ötürürəm. Bu gün hər kəs çalışmalıdır ki, öz geyimiylə müsbət informasiya ötürsün.

– Bəzi xanımların qarderobunda dekolte, mini ətək üstünlük təşkil edir, belə desək soyunmağa meyllidir. Bu gün belə geyimlər dəbdədirmi ?

– Bu gün soyunmaq dəbdə deyil. Bu dəb artıq keçmişdə qaldı.

Cəvahir Səlimqızı
Foto:Cəmalə Əlizadə

Yenicag.az

COP29

www.yenicag.az

3458
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv