“Miss Bikini of Baku” nominasiyasının qalibi, cazibədar model və aktrisa Merilin Rzayeva sənətindən uzaqlaşdığını deyib.
Yenicag.az-a açıqlama verən model sevgilisi tərəfindən ona qadağalar qoyulduğunu bildirib:
“Artıq həyatımda sevdiyim insan var. Subaydır. Məni çox sevir, sənətimə qadağa qoyub. Artıq nə model, nə də aktrisa kimi fəaliyyət göstərməyəcəm”.
Merilin sevgilisi ilə münasibətlərini rəsmiləşdirməyi düşünmür:
“Biz birliktə xoşbəxtik. Münasibətlərimizi rəsmiləşdirməyi düşünmürəm. Çünki bir dəfə ərdə olmuşam, 11 yaşlı qızım da var. Xoşbəxt olmaq üçün sevgi kifayətdir. Bunun üçün rəsmiyyət vacib deyil”.
Merilin bir vaxtlar əks cinsin nümayəndələrinin onun barəsində mənfi fikirdə olduqlarını da gizlətmədi:
“İnsanlara elə gəlir ki, modelsənsə, deməli, əxlaqsız həyat tərzi keçirirsən. Bir vaxtlar mən də elə insanlar tərəfindən təzyiqlərə tuş gəldim. Hətta uşağımı oğurlamaqla hədələdilər. Amma sonradan həmin adamın yaxınının övladı rəhmətə getdi, o insan məndən üzr istədi”.
Cəvahir
Foto:Cəmalə
www.yenicag.az