Cəbhə xəttində erməni əsgər öldürülüb
Cəbhə xəttində atəşkəsi pozan Ermənistan ordusunun hərbçisi məhv edilib.
Hadisə iyunun 11-də Goranboy rayonunun Gülüstan kəndi istiqamətində baş verib. Atəşkəsi pozan erməni tərəfinə açılan cavab atəşi zamanı düşmənin bir hərbçisi öldürülüb.
Ermənistan mətbuatı hadisənin detallarını açıqlayıb. Məlumatda bildirilib ki, cəbhənin Gülüstan sahəsində baş vermiş atışmada ölən əsgərin adı Derenik Manukyandır.
O, başından vurulub.