!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəfər Cabbarlının 120 illliyi münasibətilə bağlı kitab nəşr edildi

!Reklam – Yazi

Avqustun 31-də M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq Cəfər Cabbarlının 120 illiyi münasibətilə yenicə nəşr olunmuş, filologiya elmləri doktoru Asif Rüstəmlinin müəllifi olduğu, cabbarlışünaslığın inkişaf mərhələlərindən bəhs edən “Cəfər Cabbarlı və cabbarlışünaslıq” adlı tədqiqat əsərinin və C. Cabbarlı Ev Muzeyinin direktoru, C. Cabbarlı adına “Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” ictimai birliyinin sədri Qəmər Bağırovanın, C. Cabbarlının bir sıra lirik, satirik və vətənpərvərlik mövzusunda yazdığı şerlərinin toplandığı “Ölkəm” adlı kitabının təqdimat mərasimi keçirilib.

Milli Kitabxanadan Yenicag.az-a verilən məlumata görə, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Professor çıxışında Sovet dönəmində C. Cabbarlının kifayət qədər tədqiq olunmamasından, müstəqillik illərində Azərbaycanın fədakar oğul və qızlarının Azərbaycan ədəbiyyatının tədqiqi sahəsində yorulmadan gördüyü tədqiqat işlərindən bəhs edib.

Cəfər Cabbarlının fəal tədqiqatçısı Asif Rüstəmlinin kitablarının təqdimatı haqqında tədbir iştirakçılarını məlumatlandırıb və Asif Rüstəmlinin Cəfər Cabbarlının Milli istiqlal hərəkatı ilə bağlı apardığı elmi tədqiqat fəaliyyətini xüsusi vurğulayıb. Kitabxananın direktoru qeyd edib ki, Cəfər Cabbarlı ədəbiyyat tarixində həmişəyaşar dramaturq olaraq qalacaq və tədqiq olunacaq. Layihənin rəhbəri Cəfər Cabbarlı adına Ev Muzeyinin direktoru, C. Cabbarlı adına “Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” ictimai birliyinin sədri Qəmər Bağırova çıxış edərək, Cəfər Cabbarlının lirik, satirik və vətənpərvərlik mövzusunda yazdığı poeziya nümunələrinin “Ölkəm” şerlər kitabında toplandığını xüsusi diqqətə çatdırıb.

Tədbirdə həmçinin, filologiya elmləri doktoru Yaşar Qasımbəyli “Cəfər Cabbarlı və Cabbarlışünaslığ”a elmi-nəzəri baxış mövzusunda məruzə ilə çıxış edib. Daha sonra, ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, professor Əsgərli Əlizadə Asif Rüstəmlinin Azərbaycan ədəbiyyatının publisistika, tədqiqatçılıq tarixində mühüm rol oynadığını və C.Cabbarlı irsinə verdiyi töhfələri qeyd edib.

Tədbirdə həmçinin filologiya elmləri doktoru Məmmədli Tahirə, Kredo qəzetinin baş redaktoru Əlirza Xələfli, professor Əliyev Yəhya, Naxçıvan Dövlət Universitetinin dosenti Xanəli Kərimli, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, “Həsrət Yolu Əsir və Girovlara kömək” ictimai birliyinin sədri Esmira Orucova, yazıçı, ssenari müəllifi Firudin Qurbansoy, gənc şair Sevindik Nəsiboğlu və başqaları çıxış edib.

Tədbirin sonunda Asif Rüstəmli tədqiqatçısı olduğu Cəfər Cabbarlı yaradıcılığından söhbət açıb. Tədqiqatda cabbarlışünaslığın bütün dövrlərini maraqla və problemləri həvəslə araşdırdığını xüsusi vurğulayıb.

COP29

www.yenicag.az

4153
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv