Cəlilabad işıqsız qaldı - RƏSMİ AÇIQLAMA

media-hightechnic-468x90

Cəlilabad rayonunda elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rayon İcra Hakimiyyəti sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, Cəlilabad və Göytəpə şəhərində təbii qazın verilməsində fasilə yarandığı üçün Cəlilabad şəhərində yerləşən 35 kilovoltluq elektrik yarımstansiyasında yüklülük artıb və elektrik xətlərində nasazlıq yaranıb.

Qəzanın qarşısının alınması məqsədilə elektrik yarımstansiyasında təmir işlərinin aparılması üçün Cəlilabad, Göytəpə şəhərlərində və digər yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində iki saat fasilə yaranacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa