Cəlilabadda ağır yol qəzası baş verib
Cəlilabad rayonunda 6 nəfərin ağır xəsarət almasına səbəb olan yol qəzası baş verib.
Yaralılardan ikisinin vəziyyəti ağırdır. Hadisə Ələt-Astara magistralının Cəlilabad rayon Alar kəndindən keçən hissəsində qeydə alınıb.
Masallı rayon sakini Elvar Qurbanov sükanı arxasında olduğu “Mercedes” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn “Ford” markalı mikroavtobusla toqquşub. Nəticədə “Mercedes”də olan 4 nəfər, “Ford”da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılardan Lerik rayon sakini Etibar Qəriblinin vəziyyəti ağırdır. İlkin ehtimala görə, qəza “Ford” markalı avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.