“Çelsi”nin ulduz futbolçularını da erməni “çıxardılar”

media-hightechnic-468x90

Avropa Liqasının finalında “Çelsi” ilə qarşılaşacaq “Arsenal” fanatları təxribata əl atıblar.

Yenicag.az xəbər verir ki, bir qrup azarkeş “Twitter”də “Çelsi”nin futbolçuları Eden Azar, N Qolo Kante və Kepa Arrisabalaqanı erməni “çıxarıblar”.

Riçard adlı fanat iddia edib ki, tətildə Ermənistana gedib və bu zaman nənə və babalarını ziyarət etməyə gedən Kante və Azardı görüb.

Daha bir fanat isə Arrisabalaqanın DNT testindən sonra 62 faiz erməni olduğunu yazıb.

Qeyd edək ki, “Arsenal” əslən erməni futbolçusu Henrix Mxitaryanı final matçı üçün Bakıya gətirməyəcək. Azərbaycan tərəfi təhlükəsizliyə tam zəmanət versə də, futbolçu fərqli qərar qəbul edib.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600