“Çelsi”nin yeni baş məşqçisi məlum oldu

media-hightechnic-468x90

“Çelsi”nin yeni baş məşqçisi Maurisio Poçettino olacaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər bütün məsələlərdə razılığa gəliblər. Argentinalı mütəxəssis yaxın zamanda müqaviləni imzalayacaq.

51 yaşllı Poçettino son olaraq PSJ-ni çalışdırıb və 2022-ci ilin yayından işsizdir. O, daha əvvəl İngiltərədə “Sauthempton” (2013-2014-cü illər) və “Tottenhem”in (2014-2019-cu illər) baş məşqçisi olub.

“Çelsi” bir müddət əvvəl Qrem Potterlə yolları ayırdıqdan sonra komandanı mövsümün sonuna qədər Frenk Lemparda tapşırıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05