Cəmilə Azər və Əlixanın filmindən niyə İMTİNA ETDİ? – “Anam bilsəydi...”

media-hightechnic-468x90

“Çox istəyirdim o filmə çəkilim, amma məcburiyyətdən imtina etdim”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında aktrisa Cəmilə Tağızadə deyib.

Azər Aydəmir və Əlixan Rəcəbovun “Kabab, şərab, hesab” adlı yeni layihəsinə dəvət alan aktrisa filmdə rol almaqdan imtina etməsinin səbəblərini belə açıqlayıb:

“Baş rol olmasa da, çox maraqlı bir obraz idi, lakin təklifə ‘yox’ deməli oldum. Çünki anamdan qorxdum. Bilirdim ki, o, mənim açıq-saçıq obraza çəkilməyimə qəti etiraz edəcək və heç bir halda buna icazə verməyəcək. Bilsəydi, təzyiqi qalxıb halı pisləşəcəkdi, buna dəqiq əmin idim.

İndiyə qədər bir çox serial və filmlərdə rol almışam, amma heç vaxt açıq-saçıq səhnələrə çəkilməmişəm. Oynasaydım, aktrisalıq karyeramda bir ilk olacaqdı. Amma artıq dəqiq bilirəm ki, belə bir rolda heç vaxt oynamayacağam”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05