Lənkəran Dövlət Dram Teatrında Çingiz Aytmatovun “Cəmilə” əsərinin əsasında hazırlanan eyniadlı tamaşanın hazırlıqlarına başlanılıb.
Yenicag.az xəbər verir ki, əsərdə hadisələr müharibənin üçüncü ilində – qırğızların, qazaxların uzaq cəbhələrdə – Kursk və Oryol ətrafında vuruşduğu vaxtlarda cərəyan edir. Əsərin eyniadlı tamaşasının quruluşçu rejissoru İmran Ali Qurbandır. Tamaşanın bəstəkarı Azər Hacıəsgərli, rəssamı Tərlan Sadıqov, rejissor assistenti Günel Abbaszadədir.
Rollarda Aynur Əhmədova, Əbülfəz Axundov, Buludxan Buludov, Aysel Babazadə, Gülər Kərimli, Teymur Hacıyev, Emil Rzayev, Səyyad Əliyev, Saleh Əzimzadə, Vəfa Hacızadə, Günel Abbaszadə, Amil İbrahimli və Əlirza Şahbazi çıxış edir.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalıdır.
www.yenicag.az