Cenevrədə Suriya üzrə üçtərəfli ABŞ-Rusiya-BMT görüşü keçirilib

media-hightechnic-468x90

İsveçrənin Cenevrə şəhərində Suriya üzrə üçtərəfli ABŞ-Rusiya-BMT görüşü keçirilib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.

“Biz Suriya üzrə danışıqları və digər məsələləri müzakirə etdik. Görüş çox konstruktiv oldu”, deyə S.de Mistura bildirib.

Onun sözlərinə görə, hökumət və müxalifət nümayəndələrinin iştirakı ilə Suriya üzrə danışıqlarının növbəti raundu iyunda baş tutacaq. “Dəqiq tarix hələ ki, müəyyənləşməyib”, deyə De Mistura qeyd edib.

Yeniçağ.Az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa