Xəbər verdiyimiz kimi, Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının elit-raundundakı rəqibləri müəyyənləşib.
Yenicag.az-ın məlumatına görə, püşkə əsasən, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv İrlandiya, Rusiya və Rumıniya ilə birgə 1-ci qrupda mübarizə aparacaq.
Açıqlama verən U-19 millimizin baş məşqçisi Vüqar Məmməd püşkatmanı dəyərləndirib:
“Püşkatmanın nəticələrindən razıyam. İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq. Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq. Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burada zəif komanda yoxdur. Demək olar ki, komandaların hər biri səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də rəqibləri tanıyırıq və nəyə qadir olduqlarını bilirik”.
Qeyd edək ki, qrup qalibləri 14-27 iyulda Ermənistanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaqlar.
www.yenicag.az