Çin lideri zəlzələyə görə tapşırıqlar verdi

media-hightechnic-468x90

Çin prezidenti Si Cinpin Tibetdəki zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün maksimum səy göstərilməsi üçün təcili göstərişlər verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

“Axtarış-xilasetmə əməliyyatlarının aparılması, zərərçəkənlərə yardımın göstərilməsi, itkilərin minimuma endirilməsi, ikinci dərəcəli mənfi nəticələrin qarşısının alınması, fəlakət qurbanlarının lazımi qaydada məskunlaşdırılması və yüksək keyfiyyətli təmizləmə işlərinin aparılması üçün hər cür səy göstərilməlidir”, – deyə agentlik Çin sədrindən sitat gətirib.

Bundan əlavə, Si Cinpin insanların həyatının təhlükəsizliyini təmin etmək üçün zəlzələ ilə bağlı ilkin xəbərdarlıqların gücləndirilməsinin, eləcə də zədələnmiş infrastrukturun mümkün qədər tez bərpa olunmasının vacibliyini bəyan edib.

Qeyd edək ki, Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb, daha 62 nəfər yaralanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600