!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çində 11 milyon yeni iş yeri açılır

!Reklam – Yazi

Cari il ərzində Çində 11 milyon yeni iş yeri açılacaq.

Yenicag.az xəbər verir ki, bunu Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyasının başa çatması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. Dövlət Şurasının sədri əmin olduğunu bildirib ki, hökumət bu hədəfin öhdəsindən gələ biləcək. Ötən il 13 milyondan çox yeni iş yerinin açıldığını xatırladan Li Keçyan əlavə edib ki, məşğulluğun təminatı məsələsində, ilk növbədə, ali və orta-ixtisas təhsilli gənclərə üstünlük veriləcək.

Çin rəsmisi hökumətin yeni iş yerlərinin açılması üçün özəl sektora dəstək verəcəyini, yeni startapları və innovasiyaları təşviq edəcəyini bildirib./AZƏRTAC/

COP29

www.yenicag.az

14579
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv