Cinsiyyətini dəyişən aktrisanın yeni fotoları
Cinsiyyətini dəyişdikdən sonra gündəmdən düşməyən Rüzgar Erkoçların qadın heyranları çoxalır.
Aktrisalıq karyerasına Nil Erkoçlar kimi başlayan Rüzgarın sosial şəbəkədəki izləyiciləri onun yeni görkəmi ilə yaraşıqlı olduğunu yazırlar. Rüzgarın son fotoları isə İnstaqram izləyiciləri tərəfindən daha çox bəyənilib.
Qeyd edək ki, keçirdiyi cinisyyət əməliyyyatından sonra kəskin tənqidlərə məruz qalan Rüzgar karyerasından da uzaq düşüb. İnstaqramda izləyicilər ondan ekranlara dönməyi xahiş edirlər(axşam).