!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Co Bayden şirkət rəhbərləri ilə görüşdü: ABŞ prezidentinin böyük biznesdən tələbi nədir?

!Reklam – Yazi

Birləşmiş Ştatların prezidenti müxtəlif sektorlara aid böyük şirkətlərin rəhbərləri ilə görüşüb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki ABŞ prezidenti Co Bayden ölkə iqtisadiyyatının vəziyyətini müzakirə etmək üçün “Target”, “IBM” və “Exelon” kimi müxtəlif sektorları təmsil edən iri şirkətlərin rəhbərləri ilə bir araya gəlib.

Ağ Evdən verilən açıqlamaya görə, toplantıya qatılan şirkətlərin rəsmiləri öz inkişaf strategiyaları və ABŞ iqtisadiyyatının böyüməsinə necə töhfə verdikləri baradə danışıblar.

ABŞ lideri və böyük biznes nümayəndələri özəl sektor tərəfindən dəstəklənən investisiyaların ölkə iqtisadiyyatı üçün əhəmiyyətini önə çəkiblər.

Bayden özünün “X” sosial şəbəkə hesabında da sözügedən görüş haqqında paylaşım edərək aparılan müzakirələrin önəmini vurğulayıb.

COP29

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv