Con Bolton Bakıda: Regional məsələlər müzakirə olunacaq

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana gəlib.

Yenicag.az xəbər verir ki, səfər zamanı cənab Bolton Bakıda Azərbaycan və ABŞ arasındakı əməkdaşlığın inkişafı və regional məsələlərin müzakirə olunacağı bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin – İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geosiyasi rolun vacibliyini dəyərləndirəcəyini bildirib.

Bolton bundan əvvəl Rusiyada rəsmi səfərdə olub.