Bakıda Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair mediatur və brifinq keçirilib.
Yenicag.az xəbər verir ki, brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və digər rəsmilər çıxış ediblər.
Brifinqdə çıxış edən V.Qurbanov bildirib ki, dünya üzrə mötəbər sayılan COP29 beynəlxalq iqlim tədbiri Azərbaycana yeni divident qazandıracaq.
“Ölkəmiz bu tədbiri layiqincə təşkil etdiyini bütün dünya ictimaiyyətinə nümayiş etdirəcək. Belə bir tədbir xüsusi əhəmiyyət kəsb etdiyi üçün təbii olaraq digər dövlət qurumlarının da üzərinə yük düşür. TƏBİB digər qurumlarla birgə koordinasiyalı şəkildə COP29 tədbiri çərçivəsində yüksək və keyfiyyətli səviyyədə öz işini yerinə yetirəcək”, – deyə o bildirib.
N.Zeynalov qeyd edib ki, tədbirin keçirilməsi üçün zəruri olan bütün hazırlıq işləri görülüb.
“Bu tədbir bizim üçün də sınaq olacaq. Və bu sınağı da digərləri kimi müvəffəqiyyətlə keçəcəyik”, – deyə o bildirib.
A.Nəsirov isə deyib ki, tədbirin öhtəsindən layiqincə gəlmək üçün dövlət qurumları koordinasiyalı şəkildə prosesə cəlb olunub.
Nəsimi Ələsgərli
www.yenicag.az