Çörəyin qiyməti qalxacaq?

media-hightechnic-468x90

vahoomahVahid Məhərrəmov: “5-15 faiz civarında unun qiymət artımı çörəyin qiymətinə təsir etmir”

Mətbuatın yazdığına görə, son günlər topdansatış mərkəzlərində bir kisə 50 kq-lıq unun qiyməti 17,40 AZN-dən 18,80 AZN-ə qalxıb. Bu vəziyyət görəsən, çörəyin qiymətinin qalxmasına və yaxud çəkisinin əvvəllər olduğu kimi aşağı düşməsinə gətirib çıxarmayacaq ki?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Yenicag.az saytına açıqlamazsında hazırki situasiyanın unun qiymətinə təsir edə biləcəyini düşünmür: “Çörəyin qiymətinin qalxması məsələsinə bir qədər fərqli yanaşmaq lazımdır. Son zamanlar Azərbayanda, xüsusən də Bakıda bir neçə böyük çörək müəssisələri inşa edilib. Həmin müəssisələrdə daha müasir texnologiyadan istifadə edir. Onların bazarı da tədricən genişlənir. Primitiv qayda ilə çörək istehsalı ilə məşğul olanlar artıq sıradan çıxarılır. Həmin müəssisələrin istehsal etdiyi çörəyin qiyməti yüksəkdir. Onlar ilk bazara çıxan anlardan çörəyin qiymətini sövdələşərək öz maraqlarına uyğun formada müəyyənləşdirdilər. 5-15 faiz civarında unun qiymət artımı çörəyin qiymətinə təsir etmir. Bu çörəyin çəkisi az, dəyəri isə yüksəkdir. Həmin zavodlar istehsal etdiyi çörəyin qiymətinin artımında bir o qədər də maraqlı deyillər. Görünür, bu artıq siyasi bir məsələyə çevrilib. Satış obyektlərində bəzi məhsulların qiymətində ciddi ucuzlaşma var. Digərləri isə baha təklif olunur. Bu da ondan irəli gəlir ki, sahibkar baha satdığı məhsul hesabına ucuz təklif etdiyi məhsulu artıqlaması ilə kompensasiya etsin. Unun qiymətinin artımı bu gün bazara çıxarılan çörəyin qiymətinə bir o qədər də təsir etməyəcək. Amma ölkə əhalisinin 40 faizi çörəyi özləri bişirir. Bu fonda unun qiymət artımı onların istehlak səbətinə təsir edəcək”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600