Cövhər Tsarnayevin məhkəməsi başladı

media-hightechnic-468x90

41479Yenicag-ın anspress-ə istinadən məlumat verir ki, Boston marafonu cinayətində şübhəli bilinən Cövhər Tsarnayevin məhkəməsi bu gün başlayıb.

Keçən həftə hakim Tsarnayevin vəkillərinin məhkəmənin yerini dəyişdirilməsinə dair vəsatətini rədd etmişdi.

21 yaşlı Tsarnayev evdə düzəldilmiş iki bombanı 2013-cü il aprelin 15-də marafonun finiş xəttinə yaxın ərazidə partladıb. O, sui-qəsd, kütləvi qırğın, 3 adam öldürmək və 260 insanı yaralamaq da daxil olmaqla, 30 cinayət maddəsi ilə ittiham olunur.

Tsarnayev həmçinin həmin hadisədən üç gün sonra polisə qarşı silahlı hücumda da ittiham olunur. Məhkəmə onu günahkar bilərsə, o ölüm cəzası ilə üzləşəcək. Cövhər Tsarnayev ittihamları rədd edir. Hadisədə şübhəli bilinən ikinci şəxs – qardaşı Tamerlan hadisə zamanı polis tərəfindən öldürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600