!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“COVID-19-a yoluxan insanlar xəstəliklə mübarizədə qalib gələcəklərinə inanmalıdırlar” – Psixoloqdan TÖVSİYƏ

!Reklam – Yazi

“Koronavirusa yoluxan şəxslər tez sağalmaq üçün özlərinə motivasiya verməyi bacarmalıdırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirusa yoluxan insanların psixoloji vəziyyətini dəyərləndirən psixoloq İlahə Dadaşova deyib.

Psixoloq hesab edir ki, pandemiyanın ilkin dövrlərində virusa yoluxan insanlarda qorxu və stress hazırkı dövrlə müqayisədə daha aşağı idi. Ona görə də xəstəliklə mübarizədə sağalanların sayı çox olurdu:

“Son günlər ölkədə koronavirusa yoluxanların, o cümlədən, bu xəstəlikdən dünyasını dəyişənlərin sayında artım müşahidə olunur. Yoluxan insanlar ciddi psixoloji sarsıntı keçirərək, stressə düşür, ölüm qorxusuna qapılırlar.

Lakin qorxu və stress immunitetin daha da zəifləməsinə və virusun sürətli inkişafına yol açır. Pandemiyanın ilkin dövrlərində virusa yoluxan insanlarda qorxu və stress indiki dövrlə müqayisədə daha aşağı idi.

Hazırda cəmiyyətdə belə bir fikir formalaşıb ki, xəstəxanaya yerləşdirilən xəstələrin çoxu ölür. Əslində, xəstəxanaya yerləşdirilən xəstələrin psixoloji vəziyyətinə nəzər salsaq, onların güclü qorxu hissi yaşadığını görərik. Yəni xəstəxanaya yerləşdirilən viruslu xəstələr ikiqat qorxu hissi yaşayırlar və bu, onların sağlamlığını risk altına salır.

Halbuki sağlam psixologiya ilə xəstəliyə qalib gəlmək daha asandır. Bu baxımdan, virusa yoluxan insanlar özlərinə güvənməlidirlər ki, xəstəliklə mübarizədə qalib gəlsinlər. Təkcə müalicə və dərmanlarla deyil, eyni zamanda, motivasiya ilə virusa qalib gəlmək mümkündür”.

Gülşən Şərif

www.yenicag.az

6607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv