“Çudo Peçka” Röyanın eks-qayınatasına qaytarıldı

media-hightechnic-468x90

http_photos.milli.az_images_88102_04“Çudo Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin əvvəlki sahiblərinə qaytarılıb.

Bu barədə əməkdar artist Röya Ayxanın eks-həyat yoldaşı Anar Cəlilov sosial şəbəkədə məlumat yayıb.

Anar Cəlilov mağazalar şəbəkəsinin yenidən atası Çingiz Cəlilova verildiyini bildirib:

“Son beş ildə “Bakery Operating Company” MMC-nin idarəçiliyinə verilmiş “Çudo-Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarına əsasən 15.02.2016-cı ildə şirkətin qanuni təsisçilərinə qaytarılıb.

Artıq “Bakery Operating Company” MMC-nin və direktoru Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırılmağa başlanılıb. Nəticələr barədə məlumat veriləcək”.

Qeyd edək ki, Röya Ayxan Anar Cəlilovla 2008-ci ildə ailə həyatı qursa da, cütlük 2014-cü ilin avqustunda boşanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa