!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çuğundur yeməyin FAYDALARI

!Reklam – Yazi

Ən ucuz və sadə tərəvəzlərdən biri olan çuğundur eyni zamanda ən faydalı tərəvəz sayıla bilər.

Yenicag.az xəbər verir ki, mütəxəssislər çuğundurun orqanizmə olan təsirini araşdırıb belə nəticəyə gəliblər ki:

Çuğundurun tərkibində olan betanin orqanizmin hüceyrələrini iltihabdan qoruyur və bununla da bir çox xroniki xəstəliklərin və o cümlədən xərçəngin riskini xeyli azaldır.

Həmçinin betanin qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

Sink və selenlə zəngin olan çuğundur imun sisteminə müsbət təsir edir.

Selen qalxanvari vəzinin (zob) normal fəaliyyəti üçün ən vacib maddələrdən biri sayılır. Bu səbəbdən qalxanvari vəzi problemləri olanlar da mütləq çuğundur yeməlidir.

Çuğundur təzyiqi normada saxlamağa kömək edir.

Çuğundurun tərkibində olan nitratlar beyinin fəaliyyətini yaxşılaşdırır.

Çuğundur arıqlamağa kömək edir, orqanizmdə piylərin yandırılmasını sürətləndirir.

Diyetoloqlar hər gün 100-200 qr bişmiş çuğundur yeməyi tövsiyə edirlər./Saglamolun/

COP29

www.yenicag.az

1373
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv