“Çukur”dakı səhnə izləyicinin etirazına səbəb oldu

media-hightechnic-468x90

Türkiyənin ən çox izlənilən seriallarından “Çukur” 17-ci bölümü ilə izləyicilərin qarşısına çıxıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, seriala yeni daxil olan “Emrah komiser” obrazının hərəkəti etiraza səbəb olub. Belə ki, yayımlanan səhnədə
Emrah idarə etdiyi avtomobillə təhlükəli gedişlər edir. Yol polisi gənc komissarı saxlayır və ona cərimə yazmaq istəyir. Emrah isə sanki uşağı ilə danışırmış kimi polisin üstünə qışqırır.

Məşhur serialda bu cür mənfi hallara yol verilərək polisin alçaldılması izləyicilərin diqqətindən yayınmayıb. Səhnə ilə bağlı “Twitter” sosial şəbəkəsində minlərlə paylaşım edilib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600