Dağ Kəsəməndə “Xarıbülbül” abidəsinin və “Şəhidlər” abidə kompleksinin açılışı oldu

media-hightechnic-468x90

Ağstafanın Dağ Kəsəmən kəndində şəhidlərimizin xatirəsinə inşa olunan “Xarıbülbül” abidəsinin və “Şəhidlər” abidə kompleksinin açılışı olub, istirahət parkı istifadəyə verilib.

Yenicag.az xəbər verir ki, Ağstafanın ən böyük kəndi Dağ Kəsəmənin mərkəzi Heydər Əliyev küçəsində həyata keçirilən abadlıq və əsaslı yenidənqurma işləri çərçivəsində şəhidlərimizin xatirəsinə inşa olunmuş “Xarıbülbül” abidəsinin və “Şəhidlər” abidə kompleksinin açılışı olub, istirahət parkı istifadəyə verilib. Açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun-hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin doğmaları, qazi və Qarabağ müharibəsi veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Abidə kompleksində vətən uğrunda canlarından keçmiş Dağ Kəsəmən kəndindən olan birinci Qarabağ və Vətən müharibəsi şəhidlərimizin xatirə lövhələri həkk olunub.

Tədbirdə çıxış edən şəhidlərimizin doğmaları və müharibə iştirakçıları ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısına görə dərin minnətdarlıqlarını ifadə ediblə

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600