Dağınıq şəkildə seçkiyə gedən müxalifətin şansı nə qədərdir?

media-hightechnic-468x90

secki_qutusu12Kamil Seyidov: “Müxalif qüvvələr cəmiyyətdəki nüfuzlarını tamamilə itirib”

Bəybala Əbil: “Ölkədə normal seçki keçirilərsə…”

10 aydan sonra ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Artıq indidən siyasi qüvvələr həmin prosesə ilkin hazırlıq işlərinə başlayıb. Müxalifət isə seçkilərə daha da parçalanmış halda gedir. Hətta onun iki əsas qüvvəsi olan Müsavatla AXCP bir yerdə deyil. Seçkilərə parçalanmış şəkildə gedən müxalifətin görəsən 2015-ci ildən qalib çıxmaq şansı varmı?

Yenicag.az-a açıqlamasında Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov bildirdi ki, belə bir şansın müxalifətdə olmadığı qənaətindədir: “Həqiqətən də bu il müxalifət parlament seçkilərinə əvvəlki seçkilərlə müqayisədə daha artıq dərəcədə parçalanmış halda gedir. Bu şəraitdə isə onların qalib gəlmək şansları ümumiyətlə sıfıra bərabərdir. Dağınıq halda onlar hansısa bir uğura imza ata bilməyəcəklər. Lakin məsələ ondadır ki, bu gün müxalifət birləşsə də, onların parlament seçkilərində qalib gəlməsi gözlənilmir. Çünki, bu qüvvələr cəmiyyətdəki nüfuzlarını tamamilə itirib. Digər tərəfdən, hakim partiya olan Yeni Azərbaycan Partiyası öz əməli fəaliyyətilə xalq arasında geniş nüfuza malikdir. Ona görə də, qarşıdakı seçkilərdə də seçicilər böyük əksəriyyətlə hakim partiyanın nümayəndələrinə səs verəcək. Bu birmənalıdır”.

KXCP Ali Məclisinin sədri Bəybala Əbil isə bu qənaətdədir ki, seçkilər demokratik olacaqsa, müxalifətin qələbə çalmaq şansı böyükdür: “Ölkədə normal seçki keçiriləcəksə, müxalifətin qalib gəlmək şansı 100 faizdir.  Amma təəssüf ki, Azərbaycanda 1993-cü ildən bəri seçki keçirilmir. Hakimiyyət özündə siyasi iradə tapacaqsa, ölkədə normal, ədalətli seçki keçirməyə cəhd göstərəcəklərsə, müxalifət qalib gələcək. Lakin bu günə qədər baş verən total saxtakarlıq olacaqsa, nəinki müxalifət birləşsə, hətta bütün dünya yığışsa da, onun nəticəsi olmayacaq. Demokratik seçi mühiti yaradılarsa, seçki komissiyaları paritet əsasda formalaşsa, müxalifətin qalib gəlmək şansı böyükdür”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600