Dağıstanda terrorçuların hücumundan sonra ölənlərin sayı 10-a çatıb - YENİLƏNDİ

media-hightechnic-468x90

Dağıstanda terrorçuların hücumundan sonra ölənlərin sayı 10-a çatıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərin 8-i hüquq-mühafizə orqanlarının əməkdaşıdır,

25 nəfərin isə yaralandığı qeyd olunub.

***

Dağıstanda hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bununla bağlı Rusiya Federasiyası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Dağıstanın paytaxtı Maxaçqalada terrorçular polisə hücum edib.

Rusiya Milli Antiterror Komitəsi Respublika ərazisində əksterror əməliyyatı rejiminin tətbiq olunduğunu açıqlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600