Daha 3 rayonda “ASAN xidmət” açılacaq

media-hightechnic-468x90

1360775896_asanGələn il Bərdə, Qəbələ və Masallıda “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, həmin mərkəzlərin fəaliyyətə başlamasından sonra vətəndaşlar artıq ərazi məhdudiyyəti olmadan bütün ölkə üzrə istədikləri “ASAN xidmət” mərkəzinə müraciət edə biləcəklər.

“ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayının artırılmasından danışan İnam Kərimov vurğulayıb ki, bu, dövlətimizin başçısının Fərmanı əsasında müəyyən olunacaq. Qeyd edək ki, 2014-cü ildə “Azəriqaz”, “Azərsu”, “Bakıelektrikşəbəkə”, “Azərenerji” kimi qurumlar “ASAN xidmət” mərkəzlərində öz xidmətlərini göstərməyə başlayıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600