İsveçdə yaşayan soydaşımız Turan Əliyev “Mərkəz” Partiyasından Partille bələdiyyəsinə üzv seçilib.
Bu barədə məlumatı Yenicag.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib:
“Turan Əliyev bir ildir ki, həmin partiyada fəaliyyət göstərir və hal-hazırda bələdiyyədə təşkilatın idarə heyətinin üzvüdür. Seçkilərdə yüksək səs çoxluğu ilə seçildiyi üçün İsveçin ən böyük əyalətində bələdiyyə komissiyaları və idarələrdə partiyanı təmsil edəcək.
Qürurverici məqam odur ki, partiyanın 12 nəfərlik namizəd siyahısında yeganə əcnəbi Turan Əliyev olub.
Turan Əliyev 1983-cü ildə Naxçıvanda anadan olub. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Yol hərəkətinin təşkili fakültəsini bitirib. Universiteti bitirəndən sonra İsveçə köçüb.
İsveçdə bələdiyyələrin cəmiyyətdə rolu. Hal-hazırda İsveçdə 290 bələdiyyə fəaliyyət göstərir. Partille bələdiyyəsinə 51 üzv seçilib və onların hər biri səsvermə hüququna malikdir. Turan Əliyev də səsvermə hüququna malik olaraq, qərarların qəbul olunmasında iştirak edəcək”.
A.Zeynalov