Qax şəhəri, Azərbaycan prospektində fəaliyyət göstərən mərasim evinə keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yenicag.az-a verilən məlumata görə, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.