Daha bir ölkədə koronavirusun yeni mutasiyası aşkarlandı

media-hightechnic-468x90

Finlandiyada yeni koronavirus ştammı aşkarlanıb.

Yenicag.az xəbər verir ki, mutasiyanın qeydə alınması yerli “Vita Laboratoriot” mərkəzi tərəfindən təsdiqlənib. Ştamm “Fin-796H” adlandırılıb. Həkimlərin sözlərinə görə, yeni növün tərkibində ingilis və cənubafrikan ştammlarında olan mutasiyalar var. Onun yoluxma səviyyəsi mütəxəssislər tərəfindən müəyyənləşdirilir.

Qeyd edək ki, Finlandiyada koronavirusa yoluxanların sayı son sutkada 548 nəfər artaraq 51 595-ə çatıb.

Ümumilikdə ölkədə infeksiyanın yaratdığı fəsadlardan 723 nəfər dünyasını dəyişib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa