Daha bir xarici aviaşirkət Moskvaya uçuşların sayını azaldacaq

media-hightechnic-468x90

Özbəkistanın Qanot Şərq aviaşirkəti Moskva və Sankt-Peterburqa uçuşların sayını azaldacaq.

Yenicag.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yanvarın 20-dən martın 6-dək Moskvaya Daşkənd, Səmərqənd, Buxara, Namanqan və Fərqanədən, Sankt-Peterburqa isə Səmərqənd və Namanqandan bəzi reyslər dayandırılacaq.

Məlumata görə, bu, Airbus A320 təyyarələrinə planlı texniki xidmətin aparılması zərurəti ilə bağlıdır. Sərnişinlərdən yaranan narahatlığa görə üzr istənilib və biletlərin qaytarılması və ya dəyişdirilməsi ilə bağlı məlumat üçün dəstək xidməti ilə əlaqə saxlamaları tövsiyə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600