Daha "göz qorxutmaq" OLMAYACAQ: Şiddət göstərən valideyn hüquqlarından məhrum edilə bilər - VİDEO

media-hightechnic-468x90

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, uşağa qarşı tərbiyə məqsədilə fiziki və ya psixoloji zorakılıq tətbiq edən şəxslər 200 manatadək cərimələnə biləcək. Yeni norma uşaqlara qarşı zorakılıq hallarının qarşısını almağa yönəlib.

media-banner_tkm

Mövzu barədə Yenicag.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, son dövrlərdə uşaqlara qarşı fiziki zorakılıq hallarının artması bu sahədə hüquqi mexanizmlərin sərtləşdirilməsini zəruri edib.

media-1735461421img-20241229-wa0100-1

“Görünür, son dövrlərdə uşaqlara qarşı fiziki şiddətin artması səbəbindən artıq bu kimi hallar zorakılıq kimi qiymətləndirilir və buna görə də valideyn və ya bu pozuntunu törədən şəxs faktiki olaraq intizam tənbehinə məruz qalır”.

Hüquqşünas bildirib ki, belə hallarla bağlı yalnız uşağın özü deyil, digər şəxslər də aidiyyəti qurumlara müraciət edə bilər:

“Əgər qonşular və ya ərazi üzrə cavabdeh olan şəxslər – Daxili İşlər Orqanlarının əməkdaşları, sahə müvəkkilləri, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorlar, həmçinin məktəbdə müəllim və direktor heyəti uşağın üzərində hər hansı fiziki şiddət izləri və ya davranışında ciddi dəyişikliklər görərsə, bu barədə müvafiq qurumlara müraciət etməlidirlər”.

Ətraflı videomaterialda:

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05