!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DANİB gənclərə "Sənin səsin - sənin gələcəyindir!” dedi

!Reklam – Yazi

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) və Abşeron rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində ilk dəfə səs verəcək gənclər üçün “Sənin səsin – sənin gələcəyindir” adlı tədbir keçirilib.

Toplantıda çıxış edən Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev bildirib ki, Azərbaycan gənclərinin cəmiyyətimizin müasir, inkişaf etmiş, yüksək intellektli, aparıcı qüvvəsi kimi formalaşması dövlət gənclər siyasətinin mühüm nailiyyətidir. Seçkilərin hər vətəndaşa ölkənin idarəçilərini müəyyən etmək üçün mühüm imkan verdiyini deyən Ə.Əmrəliyev qarşıdan gələn prezident seçkilərinin əhəmiyyətini vurğulayıb. Azərbaycan gəncliyinin seçkilərdə hər zaman böyük fəallıq nümayiş etdirdiyini qeyd edən idarə rəisi 11 aprel seçkilərində ilk dəfə səs verəcək gənclərdən də xüsusi mütəşəkillik gözlədiklərini deyib.

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib ki, gənclər hər bir dövlətin gələcək inkişafını təmin edən ən böyük qüvvədir. Elməddin Behbud sosial, ictimai, humanitar, iqtisadi, hərbi və digər sahələrdə gəncliyin əldə etdiyi uğurların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin bəhrəsi olduğunu vurğulayıb. Ölkənin bütün sahələrində avanqard fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi hər zaman dövlətçiliyin birmənalı dəstəkçisi və təminatçılarındandır.

DANİB sədri qeyd edib ki, seçkilər hər bir ölkənin ictimai-siyasi həyatının ən mühüm hadisəsidir. Bugünkü seminar seçkidə ilk dəfə iştirak edəcək gənc seçicilərin maarifləndirilməsi, onlara hüquq və vəzifələrinin interaktiv formada çatdırılması məqsədi ilə təşkil edilib.

Ölkə əhalisinin 29%-nin 14-29, 50%-dən çoxunun isə 35 yaşadək olan şəxslərin təşkil etdiyini deyən təşkilat sədri Azərbaycanın gənclər ölkəsi olduğunu qeyd edib. İlk dəfə səs verəcək gənclərin həyatlarının ən məsuliyyətli mərhələlərindən birinə qədəm qoyduğunu deyən E. Behbud tədbir iştirakçılarının demokratik, şəffaf şəkildə keçiriləcək 11 aprel seçkilərində böyük fəallıq nümayiş etdirəcəklərinə əmin olduğunu bildirib.

E.Behbud həmçinin DANİB-nin fəaliyyəti haqqında da gənclərə ətraflı məlumat verərək vətəndaş cəmiyyəti institutlarının, o cümlədən QHT-lərin ölkənin ictimai həyatında, milli maraqlarımızın müdafiəsində oynadığı rol haqqında danışıb.

Seçki məsələləri üzrə təlimçi Babək Məmmədov təlimçisi qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə 18 yaşına çatmış bütün vətəndaşların aktiv seçki hüququ vardır. Bu seminar gənclərin seçkinin praktiki və qanunvericilik aspektlərinə dair maariflənməsinə, həmçinin onların səsvermədə daha fəal iştirakına imkan yaradacaqdır. Təlim iştirakçılarına seçkilərin məqsədi, seçki sistemləri, seçki hüququ və onun təminatları, Azərbaycanda seçkilərin keçirilməsi prinsipləri, seçicilərin vəzifələri, müşahidəçilik institutu, seçici siyahıları, səsvermə günü seçki hərəkətləri, səsvermə qaydası, səsvermə günü “exit poll”un keçirilməsi və digər mövzularda ətraflı məlumat verilib.

İlk dəfə səs verən gənclərə “İlk dəfə səs verən gənclər üçün yaddaş kitabçası” paylanılıb.

COP29

www.yenicag.az

1460
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv