Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Dar gün dostu: Mirəziz Ağa

10410052_10203147154512476_2035417317_nSonuncu dəfə danışarkən, səsi fərqliydi Ağanın…

“Çox sağ ol, qardaş” deyə xudahafizləşmişdi…

Bilsəydim…

İnsan oğlu fələyin nə saydığını bilsə, çox şey edər, amma bilsə…

12 illik bir dostluq, bir xətir-hörmət vardı…

Bu 12 ilin hər dönəmində Mirəziz Ağanı zərrə-zərrə tanımışdım…

Son illərdə işlərin çoxluğundan dolayı tez-tez görə bilməsəm də, bir-birimizin xəbərini alırdıq. Telefonda hal-əhval tuturduq Ağa ilə. “Yaxşı ki, bu telefonlar var. Yoxsa vəfasızların səsin də unudardıq” deyərək, gözdən iraq olmama sataşırdı…

Mirəziz Ağa dar gün dostuydu…

Yaxşı günündə nadirən görərdin yanında…

Çətinliyə düşdüyün, heç ummadığın anda yanındaydı Mirəziz Ağa…

Etibarını qazandınsa, dünya dağılsa da, səni qoruyar, sənin haqqını səndən daha çox müdafiə edərdi…

“Bu kişi mənim dostumdur” sözü onun ağzından çıxdısa, qarşı tərəfin nə deməsinin heç bir əhəmiyyəti yox idi…

Bir sözlə tərif etsək, Mirəziz Ağa bu dünyada nadir tapılan köhnə kişilərdən idi…

Mirəziz Seyyidzadə sadəcə bir din xadimi deyildi…

Onun fani dünyadan köç etməsi ilə Azərbaycanın son 40 ilində yetişmiş və son ana qədər oxumaq və yazmaq eşqini itirməyən bir alimi köçdü aramızdan…

Şeyx həzrətləri “Sərkərdəmi itirdim” deyib, Onun barəsində…

Hacı Mirəzizlə sadəcə dinimiz deyil, ədəbiyyatımız da, elmimiz də dəyərli bir nümayəndəsini itirdi…

Bir Həzrəti Əli aşiqi səfər etdi Haqq Dərgahına…

10425591_10203147154552477_1613942464_nBu fani dünyada Mirəziz Ağa çox əziyyətlər çəkdi, çox haqsızlıqlarla üzləşdi…

Sovet Dövründən son illərə qədər çox imtahana çəkildi, Hacı Mirəziz…

Onun dəstəyi ilə əli ətəklərə çatanların hədəfi oldu Ağa…

Ancaq heç bir haqsızlıq, heç bir zülm Mirəziz Ağanın içindəki vətən və dövlət sevgisinə üstün gələ bilmədi…

O qədər hücuma rəğmən bir dəfə də olsun, dövlətinə güldən ağır söz demədi…

Zahidin bir barmağın kəssən dönər həqdən qaçar,

Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz…

Həyatının hər dönəmində Nəsimi kimi dözdü haqsız hücumlara…

Asi olmadı dövlətinə…

Vətəni üçün yazdı, yaratdı…

Bəzən Mirəziz Seyyidzadə ilə demək istəmədiyini Əziz Pünhanla çatdırdı xalqa…

“Kəlam”ını əsirgəmədi insanlardan…

Son nəfəsinə qədər yazdı-yaratdı…

Sanki aramızdan ayrılacağını bilirdi və onun üçün tələsirdi…

Bu gün Mirəziz Ağa aramızda yoxdur…

Ancaq əsərləri bu millətin yolunu aydınladır, xoş xatirələri də dostlarının qəlbini…

Ruhun şad olsun, Mirəziz Ağa…

 

Aqil ƏLƏSGƏR

www.yenicag.az

605