DÇ-2018-in püşkü Kremldə atılacaq

2018-ci ildə Dünya Çempionatının final mərhələsinin püşkatma mərasimi Moskvada baş tutacaq.

Yeniçağ.az-ın xəbərinə görə, bunu Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il dekabrın 1-də keçiriləcək püşkatma mərasimi Kremldə keçiriləcək.
“Bu bizim üçün Konfederasiyalar Kubokundan sonra əsas məsələdir. Dekabr ayının 1-də DÇ-2018-in püşkatma mərasimi keçiriləcək. Biz tədbirin Kremldə təşkilini təklif etdik və FİFA-da bizimlə razılaşdı. Hazırda isə buna görə hazırlıqlar davam etdirilir”.

Qeyd edək ki, millimiz gələn il Rusiyada keçiriləcək mundialın final mərhələsinə vəsiqə qazanmaq üçün seçmə mərhələdə Almaniya, Norveç, Şimali İrlandiya, Çexiya və San Marino ilə mübarizə aparır.

Yenicag.az