Bu gün dünya çempionatında növbəti oyunlar keçiriləcək.
Yenicag.az xəbər verir ki, ikinci oyun baş tutacaq.
Günün ilk matçında A qrupunda yer alan Misirlə Uruqvay üz-üzə gəlib.
Xose Ximenesin 89-cu dəqiqədə vurduğu qol uruqvaylılara miniaml hesablı qələbə qazandırıb.
Günün ikinci matçında isə B qrupunda mübarizə aparan Mərakeşlə İran qarşılaşıb. İranlılar 90+5-ci dəqiqədə avtoqol sayəsində vacib 3 xalı qazanıb.
Portuqaliya – İspaniya matçı isə dramatikliyi ilə yadda qalıb. Kriştiano Ronaldonun het-trik etdiyi qarşılaşma 3-3 hesabı ilə başa çatıb.
Dünya çempionatı
Qrup mərhələsi, I tur
15 iyun
A qrupu
Misir – Uruqvay 0:1
Qol: Xose Ximenes, 89.
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Yekaterinburq, Mərkəzi arena
B qrupu
Mərakeş – İran 0:1
Qol: Aziz Buhadduz, 90+5-öz qapısına.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt-Peterburq, “Krestovski” stadionu
22:00. Portuqaliya – İspaniya 3-3
Qollar: Ronaldo, 4-pen (1:0), Dieqo Kosta, 23 (1:1), Ronaldo, 44 (2:1), Dieqo Kosta, 55 (2:2), Naço, 58 (2:3), Ronaldo, 88 (3:3)
Baş hakim: Canluka Rokki (İtaliya)
Soçi, “Fişt” stadionu
www.yenicag.az