!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

DÇ-2018: Rusiya və Uruqvay 1/8 finalda, İspaniyadan qələbə

!Reklam – Yazi

Rusiyada keçirilən dünya çempionatında ikinci turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, növbəti oyun günündə üç qarşılaşma baş tutub.

Əvvəlcə meydana B qrupunda mübarizə aparan Portuqaliya və Mərakeş komandaları çıxıb. Kriştiano Ronaldonun matçın əvvəlində vurduğu qol portuqaliyalılara 1:0 hesablı qələbə qazandırıb. Keçirdiyi hər iki oyunda uduzan Mərakeş isə son turun nəticələrindən asılı olmayaraq, mundialla vidalaşıb.

Günün ikinci matçında isə A qrupunda mübarizə aparan Uruqvay və Səudiyyə Ərəsbistanı üz-üzə gəlib. İlk oyunda Misir üzərində 1:0 hesablı qələbə qazanan uruqvaylılar mundialın açılış matçında Rusiyaya (0:5) darmadağın olan ərəbləri minimal hesabla üstələyib. Nəticədə, Rusiya və Uruqvay yığmalarının 1/8 finala vəsiqə qazanması rəsmiləşib. İran və Səudiyyə Ərəbistanı isə Mərakeşin ardından DÇ-ni tərk edəcəyi dəqiqləşən növbəti kollektivlər olub.

Günün son matçında isə İspaniya və İran yığmaları üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. İspanlar bu görüşdə minimal hesabla qalib gəliblər.

DÇ-2018

II tur

20 iyun

B qrupu

Portuqaliya – Mərakeş – 1:0
Qol: Kristiano Ronaldo, 5
Baş hakim: Mark Giger (ABŞ)
Moskva. “Lujniki stadionu”

İran – İspaniya 0:1
Qol: Dieqo Kosta, 54.
Baş hakim: Andres Kunya
Kazan. “Kazan Arena”

A qrupu

Uruqvay – Səudiyyə Ərəbistanı 1:0
Qol: Luis Suares, 23.
Baş hakim: Kleman Tyurpen
Rostov. “Rostov Arena”

Rusiya – Misir 3:1

www.yenicag.az

6658
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv