“Dəmir ledi”-nin salfeti 2.6 min avrodur
Marqaret Tetçerin pomadasının izi olan salfet auksiona çıxarılıb.
Yenicag.az xəbər verir ki, Picollecta internet-auksion şirkəti Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin həmin salfetini satışa çıxarıb. İlkin məbləğ 2,6 min avrodur, auksion gedişində qiymətin artacağı gözlənilir.
Həmin əşya barədə verilmiş yazılmış qeyddə bildirilib ki, 2000-ci ildə Tetçer ABŞ-ın Miluoki şəhərində otellərdən birində qalıb. Bundan sonra o, Ohaya ştatına, teatrda nitq söyləməyə gedib.
Sözügedən salfet oteldə xidmətçilərdən birinin əlinə düşür, xadimə onu “Dəmir ledi”nin otağındakı zibil yeşiyindən götürüb.