Dənizdən cəsədləri belə yığdılar-Video,Fotolar
YENİCAG.AZ xəbər verir ki, Liviyada Afrikalı immiqrantları daşıyan gəminin batması nəticəsində ölənlərin sayının 200-ü keçdiyi bildirilib.
Batan gəmidəki immiqrantların cəsədlərinin axtarışları şənbə günündən bu yana davam etdiyi deyilir.
Batanların ümumi sayı haqqında dəqiq məlumat olmadığını ifadə edən Sahil Təhlükəsizlik işçisi Eyyub Kasım Sahil Təhlükəsizlik və Dəniz Qüvvələrinin imkanlarının məhdud olduğu və ölü sayının artmasından narahat olduqlarını söyləyib.
Kasım “Afrikalı qaçaq immiqrantları daşıyan gəminin batması nəticəsində həyatını itirənlər sayı 200-dən çoxdu. Qarşılaşdığımız bir digər problem isə, bu və buna bənzər hadisələrdə ölənlərin kimlikləri bilinmədiyi üçün onları heç kimin təslim almamasıdır. Yalnız qaradərili olduqlarından Afrika mənşəli olduqları bilinir” deyib.
Qeyd edək ki, Liviyadan Avropaya keçmək istəyən Afrikalı qaçaq immiqrantları daşıyan gəminin yükünün həddindən artıq olduğu ehtimal edilir.