!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat Paşinyanı “ağ yudu-qara sərdi”: “Nə qədər arsız, abırsız, həyasız olasan ki...”

!Reklam – Yazi

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında bağlanacaq mümkün sülh müqaviləsi barədə öz təkliflərini irəli sürüb. Sosial şəbəkə hesabında bir sıra təkliflər irəli sürən N. Paşinyanın fikirləri isə Azərbaycanda birmənalı qarşılanmayıb.

Yenicag.az Paşinyanın çıxışı və mümkün hesab etdiyi təkliflər barədə Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikirlərini öyrənib.

Deputat Qərbi Azərbaycanın tarixi Azərbaycan torpağı olduğunu Ermənistanın Baş nazirinin diqqətinə çatdırıb:

“Hesab edirəm ki, bu Paşinyanın növbəti sərsəmləməsidir. Nə qədər arsız, abırsız, həyasız olasan ki, Azərbaycan haqqında belə fikirlər bildirəsən. Ən azından, bir neçə gün bundan öncə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan növbəti dəfə erməniləri ifşa elədi. Açıq aydın qeyd etdi ki, Ermənistanın hazırkı ərazisindəki 3 rayondan, o cümlədən Zəngəzur mahalından azərbaycanlılar kütləvi şəkildə köçürülüb, onlara qarşı qəddar münasibət sərgilənib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Biz Zəngəzura qayıdacağıq” ifadəsinin xüsusi əsasları var. Yəni, Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır və burada yaşayan azərbaycanlılar tarixin müxtəlif dövrlərində bu ərazilərdən deportasiya olunublar. Ona görə də bu gün Paşinyanın bu fikirlərə hansısa etiraz etməsinə əsas yoxdur. Faktlarla sübut olunub ki, bu ərazilərdə azərbaycanlılar yaşayıb, bu torpaqlarda 300 məscidimiz, 500 qəbiristanlığımız dağıdılıb və bunlar rəvayət deyil, kifayət qədər əsaslandırılmış məlumatlardır”.

C. Məmmədov Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasının vacibliyini də diqqətə çatdırıb:

“Bizim istədiyimiz ondan ibarətdir ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıtsınlar. Azərbaycan məhz buna çalışır. Ona görə də Ermənistan tərəfi Azərbaycanı absurd bəhanələrlə ittiham eləmək, günahlandırmaq üçün heç bir əsas yoxdur. Azərbaycan öz qəti mövqeyindədir. Bizim heç şübhəmiz yoxdur və tam əminik ki, Qərbi azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar. Buna heç kimin şübhəsi yoxdur, biz buna əminik və bizim bunun üçün tutarlı əsaslarımız və faktlarımız var”.

Millət vəkili həmçinin Paşinyanı reallıqdan uzaq rəvayətlər uydurmaqda ittiham edib:

“Bizim faktlarımız həqiqətdir, rəvayətlər uyduranlar isə Paşinyan və onun komandasıdır. Onlar davamlı olaraq təxribatlar törədir, davamlı olaraq yalançı, saxta bəyanatlar səsləndirir. Bizi yalan danışmaqda ittiham edən Ermənistan və rəhbərləridir. Əgər rəvayətçi axtarırlarsa, bunu öz içlərində və öz ərazilərində axtarsalar, daha yaxşı olar”.

Nurlan Cəfəri

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv