Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsənin təşəbbüsü, Uluslararası Demokratlar Birliyi (UID) və Azersun Holding-in dəstəyi ilə Novruz və Ramazan bayramları ərəfəsində Ucar rayonunda “Novruz və Ramazan” yardım aksiyasına start verilib.
Aksiya çərçivəsində öncədən hazırlanmış siyahıya və daxil olan müraciətlərə əsasən Ucar rayonunun müxtəlif kəndlərində və rayon mərkəzində yaşayan yüzlərlə şəhid və qazi ailəsinə, tənha və kimsəsiz şəxslərə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları təqdim olunacaq. Eyni zamanda onların qayğıları və mövcud problemləri ilə maraqlanılacaqdır.
Xeyirxah təşəbbüsə qoşularaq dəstək verən bütün fədakar insanlara dərin minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, millət vəkili Ramil Həsənin təşəbbüsü ilə əlamətdar günlərdə müxtəlif aksiyalar həyata keçirilir, şəhid və qazi ailələrinə, tənha və kimsəsiz insanlara, aztəminatlı ailələrə mütəmadi olaraq baş çəkilir və onlara dəstək göstərilir.
www.yenicag.az