Ukrayna parlamentinin deputatı Mustafa Nayemə hücum edənlərdən biri Azərbaycanda tutulub.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Naziri Arsen Avakov açıqlama verib. Hazırda onun Azərbaycandan Ukraynaya ekstradisiyasına başlanılıb.
Xatırladaq ki, 30 may tarixində Ali Radanın deputatı Mustafa Nayema vəhşicəsinə döyülüb. Hadisə Kiyevdə baş verib. İnsident nəticəsində deputat müxtəlif bədən xəsarətəri alıb və çənəsi sınıb.
Məlumata görə, hadisəni törədənlər çeçen əsilli tələbələrdir. Onlardan ikisi Rusiya, biri isə Ukrayna vətəndaşıdır. Aaraşdırma zamanı məlum olub ki, deputatı döyənlərdən biri Məhəmməd-Amin Saitov Bakıya qaçıb.
Araşdırma zamanı məlum olub ki, hadisəni törədənlərdən biri Borispol reysi ilə Bakıya uçub. Ukrayna polisi tərəfindən axtarışda olan Məhəmməd artıq saxlanılıb.
www.yenicag.az