77 saylı Astara seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Aslan Cəfərov qanunverici orqanın «qara siyahı»sına düşüb. Buna səbəb millət vəkilinin passiv fəaliyyəti, Astaradan olan seçicilərin problemlərinin həllini tapmamasıdır. Bu barədə əldə etdiyimiz xəbərlərdə bildirilir ki, seçiciləri Aslan Cəfərovu tapa bilmir. Həmin səbəbdən də sərhədyanı zonada yerləşən Astara seçicilərinin üzləşdikləri çətinliklər həll olunmamış qalır.
“Azerinfo.org”-a Aslan Cəfərovun parlament rəhbərliyinin «qara siyahı»sına düşməsinin səbəblərindən biri də onun Milli Məclisin fəaliyyətində zəif iştirak etməsi, komitə iclaslarında təşəbbüskarlıq göstərməməsidir. Məhz bu səbəbdən «yuxarılar» gələn ilin parlament seçkilərində deputatın adının namizədlər siyahısına salınmamasına qərar veriblər. A.Cəfərovun Milli Məclisdəki susqunluğunun, passiv deputat olmasının deputatın başının şəxsi biznes məsələlərinə qarışması ilə əlaqələndirilir.
Xatırladaq ki, 1973-cü il təvəllüdlü Aslan Cəfərov biznes adamı kimi tanınıb. O, Azərbaycana gətirilən uşaq qidalarının, həmçinin, körpələrin alt geyimi olan «Pampers» və bu kimi digər məhsulların idxalında inhisarçı olan «Diplomat-1» firmasının sahibidir.
www.yenicag.az