Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd Elnur Abbaszadə görüşlərini davam etdirir.
Yenicag.az xəbər verir ki, tanınmış hüquqşunas Elnur Abbaszadə fərdi görüşlər çərçivəsində bugün 1994-cü il 12 mayda Kəlbəcər-Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş Hüseynov Zaur Novruz oğlunun ailəsi görüşüb. Şəhidin ailəsi ilə həmsöhbət olan Elnur Abbaszadə onların xatirələrini dinləyib. Ailə namizədə həmin dövürdə keçirdikləri çətinliklərdən danışıb.
Şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanan namizəd şəhidlərin hər zaman xalqın ürəyində yaşadığını, ölməz olduqlarını bildirib.
Şəhid Zaur Hüseynovun ailəsi Elnur Abbaszadəyə seçkilərdə qələbə arzulayıb və ailə üzvləri ilə ona səs verəcəklərini bilidriblər.
www.yenicag.az