Reklam: High Technic
hightechnic

Dərsini yaxşı oxumayan şagirdin alnına "2" yazdılar - Direktor qovuldu

Özbəkistanda dərslərini yaxşı hazırlamayan 1-ci sinif şagirdlərinə qarşı edilən hərəkət bu ölkədə böyük əks-sədaya səbəb olub.

Yenicag.az xəbər verir ki, hadisə Bekabad şəhərində qeydə alınıb. Şəhərdəki 5 nömrəli məktəbin 1-ci sinifində oxuyan uşaqlardan bir neçəsi müəllimləri tərəfindən alçaldılıb. Dərslərini yaxşı oxumadığı üçün onların alnına “2” yazılıb.

Onların şəkilləri qısa zamanda sosial şəbəkələrdə yayılıb və böyük rezonans yaradıb. Nəticədə cəmiyyətdə artan narazılıqlar ölkənin Təhsil Nazirliyini də işə qarışmağa məcbur edib. Aparılan araşdırmalardan sonra təhsil ocağının direktoru D.Babamuratov vəzifəsindən kənarlaşdırılıb. Onunla yanaşı, məktəbdə çalışan daha yeddi təhsil işçisi, həmçinin şəhərin təhsil şöbəsinin iki əməkdaşı vəzifəsindən azad olunub.

Təhsil Nazirliyinin əməkdaşları baş verən hadisə ilə əlaqədar həmin uşaqlarıın valideynləri ilə görüşüblər, insidentə görə üzr istəyiblər.

Bu azmış kimi, hüquq-mühafizə orqanları da bu hadisə ilə bağlı araşdırmaya başlayıblar.

www.yenicag.az

690