!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrük Komitəsinin ləğvinə çağırışlar intensivləşir: “Bir qurumda ki tayfabazlıq kök atıb...” – Sabiq millət vəkili

!Reklam – Yazi

““Öz”lərindən olmayanları, onların inhisarına keçməyənləri sıxışdırıb bazardan çıxarırlar”.

Yenicag.az xəbər verir ki, bu fikirləri son zamanlar Dövlət Gömrük Komitəsi əməkdaşlarının yol verdikləri qanunsuzluqlar nəticəsində vətəndaş narazılığının artmasına münasibət bildirən sabiq millət vəkili Nazim Bəydəmirli deyib.

Nazim Bəydəmirlinin sözlərinə görə, Gömrük Komitəsinin fəaliyyətində şəffaflıq təmin edilməyincə, bu sahədə aparılan islahatların ciddi effekti olmayacaq: “Bir komitədə ki yerlibazlıq, tayfabazlıq əsas iş prinsipi kimi qəbul olunub, o qurumdan yaxşı nə gözləmək olar axı?

Təbii ki, belə şəraitdə qanunlara hər hansı hörmətdən söhbət gedə bilməz. Mətbuatda gömrük işçilərinin vətəndaşlara qarşı kobud münasibətinə dair dəfələrlə materiallar dərc edilib, inhisarçılığa rəvac verən halların və son zamanlar hətta açıq-aşkar “neomonopoliya” yaradılmasının şahidi oluruq. Gömrükdə “ikili standart” halları da necə deyərlər, öz yerindədi. Xaricdən ölkəyə mal gətirən iki müxtəlif şəxsə fərqli invoys qiymətləri tətbiq olunur.

Beləliklə də “öz”lərindən olmayanları, onların inhisarına keçməyənləri sıxışdırıb bazardan çıxarırlar.

Mən düşünürəm ki, Dövlət Gömrük Komitəsi, ümumiyyətlə, ləğv olunmalıdır. Biz burada Gürcüstan modelini əsas götürərək, həmin qurumu ləğv etməli, onu bir departament kimi Vergilər nazirliyinin tabeliyinə verməliyik. Çıxış yolu kimi bunu görürəm. Çünki bu Komitənin gəlirinin 60-70 faizini idxaldan əldə olunan Əlavə Dəyər Vergisi təşkil edir. Bu isə o deməkdir ki, toplanan həmin vəsait təkcə Dövlət Gömrük Komitəsinin deyil, həm də Vergilər Nazirliyinin fəaliyyətinin nəticəsidir”.

Firuz Asanov

COP29

www.yenicag.az

1989
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv