DİM bu gün DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək

media-hightechnic-468x90

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək.

media-banner_tuq

Yenicag.az DİM-ə istinadən xəbər verir ki, imtahan vermək üçün 1 292 şagird qeydiyyatdan keçib.

İmtahan Bakı şəhərində təşkil olunacaq və saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn şagirdlər imtahana buraxılmayacaqlar.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gәtirmәlidirlər:

– Şəxsiyyət vəsiqəsi (vəsiqədə şəkli olmayan şagirdlər oxuduqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3×4 ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);

– İmtahana buraxılış vərəqəsi.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda şagird imtahana buraxılmır.

Test imtahanı aşağıda qeyd edilən fənlər üzrə Azərbaycan dilində aparılır:

– Azərbaycan dili;

– Riyaziyyat.

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.

İmtahanın keçirilməsi üçün 5 bina ayrılıb. İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05