Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sentyabrın 21-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində psixoloji pozuntusu olan əcnəbi vətəndaş S.Rzayev münaqişə zəminində qəsəbə sakini olan qohumu Zakir Abbasovu bıçaqla qətlə yetirib.
Daha sonra o, yaxınlıqdakı elektrik yarımstansiyasına girib əlini yüksək gərginlikli cərəyana vurub və hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.