Bacı-qardaşın öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATLARI

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, aprelin 10-da saat 13 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakinləri Sahib Abdullayevin idarə etdiyi “VAZ-2107” və Elmar Tağızadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə S. Abdullayev və bacısı Cəmilə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05